Yazı İçi 468×60

1c83878bbda2d146f65ea56652452486“Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Bundan başqa, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami ATS-in rəisi Fətullah Seyidov və ATS-in mühasibi barədə də həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan əvvəl “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da həbs edilib.

Onlar Bakı İstintaq Təcridxanasında saxlanılırlar(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."