!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aztəminatlı ailələrə hüquqi və sosial yardım edilir

!Reklam – Yazi

3er (1)Beyləqan və Bərdə rayonlarda aztəminatlı ailələrə hüquqi və sosial xidmətlərin göstərilməsi davam etdirilir

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Beyləqan və Bərdə rayonlarda aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi üçün hüquqi və sosial xidmətlərin göstərilməsi” layihəsin həyata keçirir.

Layihə çərçivəsində Bərdə və Beyləqan rayonlarında hüquqi və sosial xidmətlərin göstərilməsi mövzusunda seminar keçirilib. Rayon İcra hakimiyyəti, Gənclər və İdman İdarəsi, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, İnkluziv təhsil Müəssisələrində çalışan mütəxəssislər və QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə Sosial Xidmətlər haqqında Qanunun icmalı, Sosial Xidmətlərin göstərilməsi metodları və beynəlxalq təcrübə, Hüquqi yardımların göstərilməsi metodları və yaxşı nümunələr, Sosial və hüquqi xidmətlər sahəsində QHT-lərin təcrübəsi, Sosial işin inkişaf tarixi və xüsusiyyətləri, Ailələrin ehtiyaclarının və resursların qiymətləndirilməsi, Fərdi İnkisaf Planlarının hazırlanması və həyata keçirilməsi ilə bağlı təqdimatlar edilmişdir. Hal- hazırda hər iki rayonda aztəminatlı və sosial ehtiyaclı ailələrə hüquqi məsləhət və sosial xidmətlərin göstərilməsi fəaiyyəti davam etdirilir.

Qeyd edək ki, layihənin əsas məqsədi Beyləqan və Bərdə rayonlarında aztəminatlı ailələrə sosial xidmətlərin və hüquqi yardımların göstərilməsinin təşkil edilməsindən ibarətdir.

www.yenicag.az

629
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv