“Azvision.az” 4 yaşını qeyd edir

“Azvision.az” 4 yaşını qeyd edir

Müəllif: Redaktor

Baş Redaktor

azvision_azBu gün Azərbaycanın media bazarında xüsusi çəkisi, səmimi, peşəkar kollektivi olan “Azvision.az” xəbər portalının 4 yaşı tamam olur.

“Azvision.az” 2012-ci il oktyabrın 1-dən fəaliyyət göstərir. Sayt Azərbaycanda, dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Yenicag.az-ın kollektivi “Azvision.az” xəbər portalının kollektivini təbrik edir, həmkarlara media məkanında hər zaman parlamağı arzulayır, işğal altında olan torpaqlarımızın azad edilməsi müjdəsini xalqımıza çatdırmaq kimi jurnalist xoşbəxtliyi, kollektivin hər bir üzvünə cansağlığı və uğurlar diləyir.

Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti