yenicag.az
yenicag.az

BƏƏ-nin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

BƏƏ-nin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Müəllif: Redaktor

Editor

Əfqanıstanın Qəndəhar şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 5 diplomatının terror hücumu nəticəsində ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

BƏƏ-nin Azərbaycandakı səfirliyində verilən məlumata görə, xarici diplomatlar, Azərbaycanın vəzifəli şəxsləri və ictimai xadimləri başsağlığı vermək üçün səfirliyi ziyarət edirlər.

Xatirə kitabı səfirlikdə sabah da açıq olacaq.

Eyni zamanda, BƏƏ-də üçgünlük matəm elan olunması ilə əlaqədar, bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib.

Xatırladaq ki, yanvarın 10-da Qəndəhardakı hotellərin birinin yaxınlığında baş verən partlayış nəticəsində 11 nəfər həlak olub. Ölənlər arasında əyalətin valisi ilə görüşdə iştirak edən BƏƏ-nin 5 diplomatı da olub.

 

Yenicag.az

Xəbərlər, Gündəm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti