!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Baba Vəziroğludan bəstəkara CAVAB: “Günahkaram...”

!Reklam – Yazi

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu sənət dostu, tanınmış bəstəkar Tahir Əkbərin iradına münasibət bildirib.

Şairin Yeniçağ.Az-da dərc olunan yazıya münasibəti belə olub:

“Əziz dostum və görkəmli bəstəkarımız Tahir Əkbər. Düz sözə nə deyəsən, günahkaram. Sən ismi unudulmağa layiq insan və bəstəkar deyilsən. Bu dəfəlik bağışla, incimə, bir də belə olmaz. İnşallah”.

Qeyd edək ki, bəstəkar Tahir Əkbər şair Baba Vəziroğlunun efirdə onun adını çəkməməsindən gileylənərək ona narazılığını bildirib: “Bu yaxınlarda bir veriliş vardı, orda yalnız iki bəstəkarın yazıb-yaratmağından danışdı, amma mənim adımı çəkmədi. Baba, niyə məni inkar edirsən? Axı sən mənim yaradıcılıq gecəmdə ucadan “bravo” söyləyən adamsan, indi nooldu mən yaddan çıxdım?”

 

Cəvahir Səlimqızı
Yeniçağ.Az

www.yenicag.az

639
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv