!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bacımın başını kəsib, bıçağı yerinə qoydum“

!Reklam – Yazi

pervanedcfvBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının başını kəsərək öldürən Pərvanə Nuriyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı prosesdə qərar elan edilib.

Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərinin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı Pərvanə Nuriyeva Səhiyyə Nazirliyinin 1 saylı Psixiatriya xəstəxanasına göndərilib.

Qeyd edək ki, P.Nuriyeva bacısı Günel Nuriyevanı 2014-cü ilin oktyabr ayında yaşadıqları evdə başını bıçaqla kəsərək öldürüb.

Hadisədən sonra Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub.

Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü etiraf edib.

Hadisə ilə bağlı danışan Pərvanə, bacısı Günellə aralarında konflikt baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib.

Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək, onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi, evdən çıxaraq, musiqi məktəbinə yollanıb.

Pərvanə Nuriyeva ilkin dindirilmə zamanı bildirib ki, bacısı bir müddətdir evə gəlin və qız gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb.

Onu da qeyd edək ki, qızların atası Etibar Nuriyev tanınmış biznesmendir. Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qızlardan ikisi əkizdir(Qafqazinfo).

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv