!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bacısı ilə əl-ələ gəzən oğlanı ölümcül bıçaqladı – Bakıda

!Reklam – Yazi

SuraxaniBakıda bıçaqlanma hadisəsi baş verib

Suraxanı rayonu polis idarəsinin əməkdaşlarına Bülbülə qəsəbə sakini İsmət Qəmbərovun bıçaqlanaması haqda təcilli tibbi yardım satnasiyasından məlumat daxil olub. Yaralının kim tərəfindən bıçaqlanmasını araşdırmağa başlayan əməliyyatçılar, ilk olaraq xəstəxanaya üz tutublar. Polis əməkdaşları tibb ocağına gəldikdə hadisəni törətməkdə şübhəli bilinən İsmət Qəmbərovun qonşusu Emin Cəfərov da xəstəxanada olub. Araşdırmalar zamanı məlum olub ki, sinə nahiyəsindən yaralanan İsməti xəstəxanaya elə Emin özü çatdırıb. 31-ci polis bölməsinə gətirilən Emin Cəfərov İsməti qısqınclıq zəminində vurduğunu bildirib. Eminin sözlərinə görə, altı aydır ki, məhəllələrində İsmətin onun bacısı ilə əl -ələ gəzməsi barədə söz söhbətlər baş alıb gedib. Söz söhbətlərə son qoymaq istəyən Emin İsmətlə söhbət etmək qərarına gəlib. Qonşuların söhbəti getdikcə mübahisəyə sonda isə əlbəyaxa davaya çevrilib. Dava nəticəsində Emin üzərindəki bıçaqla qonşusunu bıçaqlayıb. Daha sonra yaralanan İsmətin alqana boyanlığını görəndə, Emin ona kömək etmək qərarına gəlib. Saxlanılan şəxs tutduğu əməldən peşman olduğunu deyib.

Baş vermiş faktla əlaqədar Suraxanı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə Cinayət işi başlanıb.

Araşdırmalar davam edir.(Gününsesi.info)

www.yenicag.az

664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv