!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bacısını öldürən qardaş danışdı

!Reklam – Yazi

150933_res_01Xəbər verdiyimiz kimi, dünən Sabirabad rayonunun Balakənd kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fəxrəddin oğlu bacısı, 1984-cü il təvəllüdlü Şəmsiyyəni bıçaqlayaraq öldürüb.

Artıq həmin dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisədən dərhal sonra Sabirabad Rayon Polis Şöbəsinə gedərək könüllü şəkildə təslim olan 41 yaşlı Məhəmməd Hüseynov bacısını hansı səbəbdən öldürdüyünü deyib. O, iddia edib ki, 32 yaşlı Şəmsiyyə ailəsinə yaraşmayan hərəkətlər edib.

Hadisə vaxtı qadın qardaşının bıçaq zərbələrindən yayınmaq istəsə də, M.Hüseynov qaçaraq onu yaxalayıb və kürəyinə çoxsaylı bıçaq zərbələri endirib.

İlkin araşdırmadan sonra məlum olub ki, Şəmsiyyə Hüseynova bir neçə il əvvəl həyat yoldaşından ayrılıb və iki övladı ilə ata evinə qayıdıb. Ata evində məskunlaşan qadının övladlarından böyüyü orta məktəbin 8-ci sinfində, digəri isə ibtidai sinifdə oxuyurmuş.

Hadisəni törədən Məhəmməd Hüseynov isə xeyli vaxt imiş ki, ailəsi ilə birgə Saatlı rayonunun Saracalı kəndində yaşayırmış. Lakin onun böyük övladı nənə-babasından ayrıla bilmədiyi üçün Balakənd kəndində qalıb və məktəbə də burada gedir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv