!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bağçalar Təhsil Nazirliyinə qaytarılsın, qaytarılmasın?

!Reklam – Yazi

 

1434522604_0001Əjdər Ağayev: “Bağçalarla bağlı funksiyaların icra edilməsi icra hakimiyyəti orqanlarının bacardığı iş deyil”

Azərbaycanda məktəbəqədər yaşda olan uşaqların təhsili ilə bağlı ayrıca qanun hazırlanır. Bu qanuna əsasən də uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin sərəncamına veriləcəyi gözlənilir. Xatırladaq ki, bir neçə il öncə verilən fərmanla uşaq bağçaları icra hakimiyyəti orqanının sərəncamına verilmişdi. Amma görünür, icra hakimiyyəti qurumları bu vəzifənin öhdəsindən gələ bilmədiklərindən, yenidən bağçaların taleyi Təhsil Nazirliyinə həvalə ediləcək.

Görəsən, bağçaların yenidən Təhsil Nazirliyinin strukturuna qaytarılması nə dərəcədə məntiqlidir?

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Yenicag.az-a açıqlamasında uşaq bağçalarının Təhsil Nazirliyinin sərəncamına qaytarılmasını təqdir etdiyini söylədi: “Uşaq bağçaları məktəbəqədər təhsili əhatə edir və onlar təhsil sisteminin özülü sayılır. Ona görə də vaxtilə bu sistemi parçalamağın özü də düz olmayıb. Məktəbəqədər təhsil, məktəb təhsili, orta ixtisas, texniki peşə, ali təhsil elmi bir sistem olaraq qurulub. Onun parçalanması ilə elmi sistem də pozulur, qayda-qanunlar, pedoqoji tələblər də yerinə yetirilmir. Bağçaların icra hakimiyyətlərinin səlahiyyətinı verilməsinə hələ o zamandan etiraz edərək bu addımın düzgün yanaşma olmadığını bildirmişdim. Belə bir addım həm də ona görə düzgün yanaşma deyil ki, icra hakimiyyəti orqanlarının bir çoxu hələ öz funksiyasına daxil olan işləri belə lazımınca yerinə yetirə bilmir, qaldı bağça məsələlərilə məşğul olmaları. İcra hakimiyyəti orqanlarında təhsillə bağlı heç nə yoxdur. Amma Təhsil Nazirliyində metodiki mərkəzlər var, uşaq bağçasının özündə təlim, tərbiyyə işləri həyata keçirilir, burada dərsliklər, musiqi, ətraf aləm, oyunlar, uşağın fiziki inkişafı, məktəbəqədər hazırlığı ilə bağlı geniş əhatəli təhsil layihələri həyata keçirmək mümkündür. Bütün bunlar heç bir halda icra hakimiyyəti orqanlarının işi deyil. Bağçaların yenidən Təhsil Nazirliyinə qaytarılması işin keyfiyyəti baxımından çox faydalı olardı və bu addım tezliklə həyata keçirilməlidir. Uşaq bağçalarının çoxu lazımı maddi-texniki baza ilə təmin olunmayıb, bura son illər kimi gəldi kadr olaraq götürüblər. Bu istiqamətdə də müəyyən işlər həyata keçirilməlidir ki, onun da öhdəsindən ancaq Təhsil Nazirliyi gələ bilər”.

ELÇİN

www.yenicag.az

790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv