Bağdadinin başına qoyulan mükafat 25 milyon dollara çatdırılıb

Müəllif: resul

Editor

baqdadiABŞ hökuməti İŞİD lideri Əbubəkr Bağdadinin başına qoyulan 10 milyon dollarlıq mükafatı 25 milyona çatdırıb.

Yenicag.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yayılıb.

“İŞİD liderinin yaxalanmasına yardımçı olacaq məlumatı bizə verən şəxs üçün nəzərdə tutulan mükafatın məbləği artırılır. ABŞ-ın daxili sabitliyinin təmin edilməsi və xalqın terrorçulardan qorunması naminə fəaliyyətimizə davam edəcəyik”, – açıqlamada bildirilib.

Qeyd edək ki, Mosuldan qaçdığı iddia edilən İŞİD liderinin hazırda Suriyada olduğu bildirilir.

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır