Bakıda iki piyadanı avtomobil vurub-Video,Foto

Bakıda iki piyadanı avtomobil vurub-Video,Foto

Müəllif: Baş Redaktor

Baş Redaktor

58eec6de90a0936f71eb72a72231d847Xətai rayonunda avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyadalardan biri hamilə qadın olub. Nobel prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Honda” markalı avtomobil yolu keçmək istəyən 23 yaşlı hamilə Təhminə Mustafayevanı və daha bir nəfəri vurub. Yaralılar təcili tibbi yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırıblar. Həkim Namiq Dəmirçiyevin  verdiyi məlumata görə, Təhminə Mustafayevanın vəziyyəti ağırdır.

Qəzanı törətməkdə şübhəli bilinən “Honda” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. İsti izlərlə keçirilən əməliyyat nəticəsində avtomobil Babək prospektində “NZS” qəsəbəsinin girişində aşkarlanıb. Sürücü avtomobildə olmayıb. Maşına baxış zamanı oradan mobil telefon götürülüb. Hazırda Xətai polisi avtomobili hadisə zamanı idarə edən sürücünün axtarışlarını davam etdirir. Faktla bağlı araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti