Bakıda pulsuz caz konsertləri

Bakıda pulsuz caz konsertləri

Müəllif: Manager

Baş Redaktor

загруженное (14)27 sentyabr – dünyada Ümumdünya Turizm Günü kimi qeyd olunur.

1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.

1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib.

Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il Ümumdünya Turizm Günü ilə əlaqədar ictimaiyyət üçün bir sıra mədəni tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində bugün axşam saatlarında Bakı şəhərinin küçələrində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün Ümumdünya Turizm Gününə həsr olunmuş iki saatlıq proqramla canlı caz musiqisinin ifa edilməsi planlaşdırılır.

Konsertlər aşağıda göstərilən yerlərdə və saatda təşkil olunacaq:

1. Qız qalasının yanı

saat 17:00-19:00

ifa: Mircavad Cəfərov və Etno caz qrupu

2. Fəvvarələr meydanı

saat 20:00-22:00

ifa: Səbinə Babayeva və qrupu

Azad Şabanov

3. Filarmoniya bağı

saat 19:00-21:00

ifa: Arslan Növrəsli və qrupu

“Qaya” vokal ansamblı

Fəridə Məmmədova və qrupu

Qeyd edək ki, hazırda Azərbaycanda 530 hotel fəaliyyət göstərir. Ötən 7 ildə hotellərin sayı 2 dəfə artıb. (gün.az)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti