!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakcell şirkətinin “Applab” layihəsindən yenilik

!Reklam – Yazi

60e9baBakcell şirkəti “Applab” innovativ mobil developer layihəsi çərçivəsində Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzalayıb

Bakcell şirkəti Böyük Britaniyanın şirkəti ilə yeni əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq “Applab” layihəsində iştirak edən startaplara “Telefónica Group” şikətinin sahibkarlıq və innovasiyalara aid olan bütün təşəbbüslərini birləşdirən “Telefónica OpenFuture” proqramı vasitəsilə mentorların, ekspertlərin, şirkətlərin, ictimai qurumların və investorların daxil olduğu beynəlxalq şəbəkəyə çıxış qazanmaq imkanı verəcək.

Bakcell şirkətinin məqsədi əsasən mobil proqram sahəsində fəaliyyət göstərən Azərbaycan startaplarının miqyasının və kommersiya imkanlarının artırılmasıdır. 60-dan çox dövlət və qeyri-dövlət proqramları ilə tərəfdaşlıq müqaviləsi olan, 17 ölkədə 600-ə yaxın biznesə 500 milyon avrodan çox vəsait yatıran “Telefonica OpenFuture” şəbəkəsi inkişafa təkan vermək məqsədilə yeni ideyaların yaranması və imkanların artırılmasına yönəlmiş qlobal şəbəkə yaratmaq fikrindədir. Bu tərəfdaşlıq Wayra UK üçün inkişaf etməkdə olan texnoloji şəbəkənin sahibkar istedadlarına çıxış imkanları yaradacaq.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Otən bir il ərzində proqram gənc yerli developerlərin öz ideyalarını yerli və beynəlxalq səviyyəli mobil applikasiyalara tətbiq etmələri üçün unikal bir mühit olduğunu sübut edib. Bu günə qədər “Applab” layihəsi çərçivəsində təqdim olunan 100-dən çox ideyanın qəbul əmsalının 10%-dən az təşkil etməsi yalnız keyfiyyətli ideyaların seçilməsi üçün zəmin yaradıb.

“Bakcell şirkəti 3 ildən artıq bir müddət ərzində müxtəlif tədbirlər və müsabiqələr vasitəsilə Azərbaycanda mobil applikasiyaların yaradılmasını dəstəkləyib. Biz “Applab” layihəsini gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində istifadəyə verdik. Bu il isə “Telefónica Open Future” və “Wayra UK” ilə əməkdaşlığa başlamaqla biz bu sahədəki öhdəliyimizi daha da irəliyə aparmaq istəyirik. Azərbaycanda developerlərin startap icmasını dəstəkləməyimizin müsbət nəticəsinin şahidi oluruq. Ümidvarıq ki, bu layihə mobil proqram tərtibatı seqmentinə daha çox developer və sahibkarları cəlb edəcək. Bu cür proqramların idarə olunmasında “Wayra”nın geniş təcrübəsi var. Wayra həmçinin bizə qlobal istedadlara və biznes partnyorlara çıxış imkanı verə biləcək ekspert və mentorlar bazasına malikdir. Onlar Applab məzunları ilə öz dəyərli təcrübələrini bölüşə bilrələr”, — deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

“Azərbaycanda startap sahəsində bum yaşanır. Ötən iki il ərzində həm ictimai, həm özəl sektor səkkiz inkubator mərkəzi açmaqla və rəqəmsal məlumatlılığın təşviqinə investisiya yatırmaqla innovativ ideyaların genişlənməsinə dəstək göstəriblər”, — deyə Wayra UK şirkətinin direktoru Qari Stiuart (Gary Stewart) bildirib.

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv