www.sinerjipro.net

SinerjiProWide
Reklam

39137_f3c7fq67vsBakıda təşkil olunacaq birinci Avropa Oyunlarının könüllüləri – “Alov qoruyanlar” və texniki işçilərin geyəcəyi uniformalar fevralın 24-də ictimaiyyətə təqdim olunub.
Yenicag.az AzerTac-a istinadən bildirir ki, Heydər Əliyev adına Arenada təşkil olunan tədbirdə əvvəlcə Avropa Oyunları haqqında videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının tarixi, mötəbər yarışa hazırlığın gedişi barədə məlumat verib. Könüllülərin işini yüksək qiymətləndirən Azad Rəhimov fevralın sonu – martın əvvəlində bütün idman obyektlərinin yarışa hazır olacağını və arenalarda test yarışların təşkil olunacağını diqqətə çatdırıb.
“Bakı-2015”i televiziya vasitəsilə Avropada 150 milyondan artıq tamaşaçının izləyəcəyini diqqətə çatdıran nazir Avropa Oyunlarının Bakının simasını daha da gözəlləşdirdiyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarının brendi və maskotları barədə məlumat verilib.
“Bakı-2015”in idman və ulduz elçilərinin qatıldığı tədbirdə üzərində Avropa Oyunlarının elementləri həkk olunan uniformalar geyən konüllülər və texniki işçilər tamaşaçıların sürəkli alqışları altında səhnəyə qalxıblar.
“Alov qoruyanlar”ın fəaliyyətindən bəhs olunan videoçarxın nümayişindən sonra könüllülərin fləşmobu təqdim olunub.
Tədbir “Bakı-2015”in ulduz elçilərinin konsert proqramı ilə davam edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."