!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Atatürk Liseyində 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib

!Reklam – Yazi

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbiri giriş sözü ilə açan Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirəl növbəti tədris ilinin başa çatmasının müstəqil Azərbaycanın tarixində mühüm yer tutan 15 İyun-Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdiyini bildirib: «Milli Qurtuluş Gününün əhəmiyyətinin, Azərbaycanın müstəqilliyinin ilk illərində cərəyan edən hadisələrin mahiyyətinin şagirdlərə daha dolğun şəkildə çatdırılması üçün bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir».

Çıxışını davam edən H.Dəmirəl görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb. 1993-cü il iyunun 15-nin Azərbaycan xalqının mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olduğunu vurğulayan Hüseyn Dəmirəl məhz bu günün Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdığını diqqətə çatdırıb.

Liseyin müdiri qeyd edib ki, Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində son illər Azərbaycanın iqtisadi qüdrəti daha da artıb, müstəqil respublikamız dünya birliyində öz layiqli yerini tutub.

Sonra Liseyin müəllimi Sabir Alim Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən məruzə ilə çıxış edib. Məruzəsində 1993-cü ilin iyun ayının əvvəllərində ölkəmizdə baş verən proseslərə diqqəti çəkən natiq bildirib ki, məhz Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulub, Azərbaycan müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas olub: «Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışıdan sonra tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu. Həyata keçirilən siyasət nəticəsində ölkəmiz sürətli inkişaf yoluna qədəm qoydu».

Tədbir liseyin şagirdlərinin ifasında Ulu öndər Heydər Əliyevə və Milli Qurtuluş Gününə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə yekunlaşıb.(ekspress.az)

Yenicag.az

www.yenicag.az

1270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv