www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatından bir il ötür.

Yenicag.az xəbər verir ki, bu münasibətlə Bakı Atatürk Liseyində anım tədbiri keçirilib.Mərhumun xanımı Hatice Devrimin, oğlu Gökbərk Devrimin, Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, KİV təmsilçilərinin və liseyin müəllim-şagird kollektivinin iştirak etdiyi tədbir Ali Devrimin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl Ali Devrim haqqında geniş məlumat verib. Ali Devrimin Türk Dünyası sevdalısı, böyük insan, ustad müəllim, vətənsevər ziyalı olduğunu deyən Hüseyn Dəmirəl onun Azərbaycanı da Türkiyə qədər sevdiyini bildirib:“Ali Devrim rəhmətlik Turan Yazqan hocamızın yadigarı olan Bakı Atatürk Liseyi üçün bu məktəbin şagirdlərinin daha keyfiyyətli təhsil alması və uğur qazanmaları üçün gecə-gündüz çalışdı”.Türk Dünyası Araşdırmaları Vəqfinin yaradıcısı Turan Yazqana və Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimə həsr olunmuş videofilmin nümayişindən sonra çıxış edən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlu, Azərbaycan Tibb Universitetinin müəllimi Aidə Bəndəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, aprel şəhidi Təbriz Musazadənin xanımı Pərişan Musazadə, “Qarabağ” fitbol klubunun oyunçusu Qara Qarayev və başqaları mərhumla bağlı xatirələrini dilə gətiriblər.Tədbirdə, eyni zamanda, liseyin şagirdləri Ali Devrim haqqında yazdıqları məqalələri və şeirləri səsləndiriblər.
Sonda Devrimlər ailəsi adından çıxış edən Gökbərk Devrim atasının xatirəsinin daim əziz tutulmasının qürur hissi doğurduğunu deyib və diqqətə görə minnətdarlığını bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 890
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."