www.sinerjipro.net

SinerjiProWide

Bakı Atatürk Liseyində aprel şəhidlərinin xatirəsi anılıb – Fotolar

Reklam

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində ötən ilin aprel döyüşlərində Ermənistanın silahlı birləşmələrinin təxribatının qarşısının alınması zamanı şəhid olmuş hərbi pilot, mayor Təbriz Musazadənin və digər şəhidlərin anım mərasimi keçirilib.

Yeniçağ.Az xəbər verir ki, mərasim iştirakçıları öncə şəhidlərimizin ruhunu birdəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə Fakültəsinin dekani Fərruh Tuzcuoğlu aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. Bildirilib ki, dördgünlük döyüşdə düşmən Azərbaycan Ordusunun hərbi qüdrəti qarşısında vahiməyə düşüb.

Tədbirdə çıxış edən liseyin müdiri Hüseyn Demirel Azərbaycan hərbçilərinin döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdiklərini, düşmənə ağır zərbələr endirdiklərini deyib. Qeyd olunub ki, aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi. Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi olub.

Aprel döyüşlərində şəhid olanların əziz xatirəsinin hər zaman uca tutulacağını deyən Hüseyn Demirel döyüşlər zamanı şəhid olan igidlərimiz arasında liseyin şagirdləri Tayfun Musazadə və Onur Musazadənin ataları mayor, pilot Təbriz Musazadənin də olduğunu diqqətə çatdırıb. Hüseyn Demirel şəhidin övladlarının onlar üçün əmanət olduğunu və bu əmanəti göz bəbəyi kimi qoruyacaqlarını söyləyib.

Mərasimdə çıxış edən şəhid Təbriz Musazadənin pilot yoldaşları və digər natiqlər də şəhidlərin ruhunu ehtiramla yad edib, onların qəhrəmanlıqlarından danışıblar.

Şəhid pilotumuzun ailəsi adından çıxış edən Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Mərasim Təbriz Musazadə adına Təhsil və İncəsənət Mərkəzinin şagirdlərinin, həmçinin, şəhid pilotumuzun övladlarının da qatıldıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 266
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."