15135596_10154737012247272_2032494029_nTürk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyində noyabrın 15-də Bakıda yaşadığı mənzildə ürək tutmasından vəfat edən litseyin müdiri Ali Devrimin anım mərasimi keçirilib. Mərasimdə litseyin müəllim və şagird heyəti, valideynlər, mərhumun Anadolu Litseyində çalışan müəllim dostları və orada təhsil alan şagirdlərin valideynləri, həmçinin QHT və KİV təmsilçiləri iştirak ediblər.

Mərasimdə öncə dualar oxunub, Quran ayələri dinlənilib. Sonra söz alan litseyin müdir yardımçısı Musa Ediz mərasimə qatılaraq Ali Devrimin xatirəsinə ehtiramlarını bildirən hər kəsə minnətdarlıq edib.

Mərhum barədə xatirələrini də dilə gətirən Musa Ediz “Onunla zaman-zaman görüşürdük. Ali bəyin duruşu və baxışı insana sanki nələrsə anladırdı. Mən onun duruşundan,baxışından nə söyləmək istədiyini sezirdim. Biz belə anlaşırdıq. Lakin təbii ki, mən ona fikirlərimi açıq şəkildə, sözlə ifadə edirdim” deyib.

Musa Ediz bildirib ki, mərhum Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu: “Bu ilin sentyabr ayında birlikdə oturub, çay içdik. Daha sonra isə metronun “28 may” stansiyasına tərəf getdiyimizdə, bir qədər yeridik, Ali hoca daha yola davam edə bilmədi. Onun səhhətində çox ciddi problemin olduğunu bilirdim. Ona görə də söylədim ki, Ali hoca, sizin təcili şəkildə Türkiyəyə gedib, müayinə olunmanız lazımdır. Cavab verdi ki, buradakı işləri həll edim, gedəcəm. Ancaq sonradan səhhəti ilə bağlı baş verənlərə yenə də məhəl qoymadı. Sonu da məlumdur… O, öz ailəsini, hər şeyini Türkiyədə qoyub, bura könül vermiş biri idi. Onun bir sözü heç zaman yadımdan çıxmaz. Xəzər dənizinin kənarında düşüncəli şəkildə oturmuşdu. Dedim ki, nə düşünürsən? Cavabı belə oldu ki, Xəzərin digər tərəfini düşünürəm… Ruhu şad olsun”.
Mərasimdə çıxış edən litseyin hüquqşünası Muxtar Mustafayev isə “Bu insan öz həyatını millət və təhsil yolunda qurban verdi. Ali hoca işıqlı xatirəsi hər zaman bizim ürəyimizdə qalacaq” deyib.

Daha sonra Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədi Çingiz Bayramov, Bakı Atatürk Litseyinin müəllimi, mərhumun ailə dostu Vəfa Rəhimova, Bakı Anadolu Litseyinin müdir yardımçısı Sadiq Qafarov, Bakı Anadolu Litseyinin müəllimi Qəzənfər Muradov həmçinin şagirdlər və valideynlər mərhum haqqında xatirələrini bölüşüblər.

Məlumat üçün bildirək ki, Ali Devrim 1960-cı ilin yanvar ayında İzmirin Aydın ilçəsində doğulub. Aydın Universitetindən məzun olandan sonra müəllimlik fəaliyyətinə başlayıb. Ali hoca 2005-ci ildən həyatını Azərbaycanla bağlayıb – 8 il Bakı Anadolu Litseyinin, 2013-cü ildən ömrünün sonua qədər isə Bakı Atatürk Litseyinin müdiri vəzifələrində çalışıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."