!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Bulvarı bağlanacaq

!Reklam – Yazi

139164_res_01Bakı Bulvarının bir hissəsi iyunun 17-19-da Avropa Qran-Prisinə bileti olmayanlar üçün bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib ki, Dənizkənarı bulvarda Azneft meydanından Dəniz vağzalına qədər olan hissədə “Formula-1” şəhərciyi olacaq, bileti olmayan isə əraziyə buraxılmayacaq.

Nigar Arpadarai bildirib ki, bilet almayanlar “Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə tanınmış dünya ulduzları Kris Braun, Enrike İqlesias, Farrell Uilyamsın çıxışını izləyə bilməyəcəklər: “Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran-Prisinə bilet alanlar iştirak edə biləcəklər”.

Onun sözlərinə görə, bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər: “Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Məqsədimiz Avropa Qran-Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir”.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirb ki, idarənin əməkdaşlarına bulvara sərbəst daxil olmaq üçün xüsusi buraxılış veriləcək.

Qeyd edək ki, “Formula-1” Avropa Qran Prisi iyunun 17-19-da Bakıda keçiriləcək. “Formula-1” şəhərciyində iyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyams ardıcıllıqla çıxış edəcək.(oxu.az)

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv