Bakı Ermənistana uçan təyyarəni geri qaytardı – SƏS YAZISI

Müəllif: Redaktor

Editor

il-76-teyyareAzərbaycan Ermənistana uçan Rusiyaya məxsus İL-76 hərbi-nəqliyyat təyyarəsini öz hava məkanına buraxmayıb.

Bu barədə pilotun danışıqları internetdə yerləşdirilib.

“İrəvana kimi uça bilmirik, Azərbaycan buraxmır. Uçuş qadağan olunub”, – deyə dispetçer səs yazısında deyib.

Sonradan ekipaja geriyə – Soçidəki hərbi aerodroma qayıtmaq əmr olunub. Gecə saatlarında təyyarə Soçidə eniş edib.

Təyyarənin Suriya istiqamətində uçduğu bildirilir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır