!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Fond Birjasına sədr əvəzi təyin edilib

!Reklam – Yazi

bfbBu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) sədr əvəzi təyin edilib.
Sədr vəzifəsinin müvəqqəti icrası BFB-nin İH-nin sədr müavini Vüqar Namazova həvalə edilib. O, bu günlərdə İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilmiş Fariz Əzizovu əvəzləyib.

Bununla yanaşı, yığıncaqda F.Əzizovun həm də Birjanın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərəcəyi bildirilib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank (“Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı” (ASB), “Kapital Bank”, Azərbaycan Beynəlxalq Bankı və lisenziyası ləğv edilmiş “United Credit Bank”), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

Yeniçağ.Az

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv