!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-İstanbul aviareysininin cədvəlində nə baş verir?

!Reklam – Yazi

ucusTürkiyənin İstanbul şəhərində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) aviaşirkəti 34 daxili və beynəlxalq reysi təxirə salıb. Bu barədə THY-nin yaydığı məlumatda deyilir.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, təxirə salınan aviareyslərin siyahısına diqqət yetirəndə məlum olur ki, əlverişsiz hava şəraiti Bakıdan İstanbula və əks istiqamətdə yerinə yetirilən reyslərə təsir etməyib.
Maraqlıdır ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi saytındakı “Reys cədvəli” bölməsində yer alan məlumata əsasən, bu gün səhər saat 06:10-da yerinə yetirilməli olan aviareys təxirə salınıb. Analoji hal ötən gün də yaşanıb. Hətta hava limanının məlumat bürosu da informasiyanı təsdiqləyib.

THY-nin Bakı ofisindən isə bildirilib ki, nə ötən gün, nə də bu gün aviaşirkətin heç bir reysi təxirə salınmayıb.
Bununla yanaşı, hava limanının saytında qeyd edilib ki, THY Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına uçuşlar yerinə yetirir və təxirə salınan da məhz həmin reysdir. THY-nin rəsmiləri isə bildirir ki, şirkət artıq ötən ilin sentyabr ayının 2-dən Bakıdan Sabiha Gökçen hava limanına uçuş yerinə yetirmir. “THY yalnız Bakıdan İstanbulun Atatürk hava limanına aviareys yerinə yetirir”, – deyə şirkətin rəsmisi bildirib.

Yenicag.Az

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv