!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı marketləri panqasius satmaqda davam edir

!Reklam – Yazi

108619_res_01Satışı ABŞ-da və bir neçə Avropa ölkəsində qadağan olunan zəhərli panqasius balıqları Bakı marketlərində yenidən peyda olub.

Bir neçə gün öncə sosial şəbəkələrdə və mətbuatda yayılan xəbərlərə görə, Bakının “N 1” supermaketində həmin məhsul açıq satışdadır.

Qeyd edək ki, panqasius balıqları Vyetnamın Mekonq çayından tutulur. Bu çayın da suyu çirkli olduğundan balığın ətində ağır metallar və toksinlər var. Ona görə də həmin balıqlar dünyanın əksər ölkələrində qadağan olunub.

Bəs Azərbaycanda bu qadağaya niyə əməl olunmur? Bu balıqlar adıçəkilən marketdən başqa paytaxtın başqa hansı marketlərində satılır?

Virtualaz.org saytının müxbiri paytaxtın bir neçə iri supermarketinə başçəkərək bu suallara cavab axtarıb.

Araşdırmalar zamanı məlum oldu ki, Nizami küçəsindəki “Fresco” supermarketində və bir neçə marketdə həmin balıq tikələrə doğranmış və dondurulmuş halda satılmaqdadır.

Bundan əlavə “Grant Mart” və “Qarabağ” (Nizami rayonundadır) marketlərində də bu balıqlar satılır.

“Bazarstore” supermarketində isə bu məhsula rast gəlinmir. Marketdən bildirdilər ki, onlar bu məhsulun zərərli olması haqda məlumatlıdırlar deyə onu satmırlar.

“Kontinental” supermarketindən bildirdilər ki, onlar heç vaxt panqasius balığı satmayıblar.

“Neptun” supermarketində də bu məhsula rast gəlinmədi.

Bəs panqasius niyə satılmamalıdır?

Kliniki Tibbi Mərkəzin 4-cü yoluxucu xəstəliklər şöbəsinin müdiri Arif Fərəcov deyir ki, belə şəraitdə yetişən balıq insanda zəhərlənməyə səbəb ola bilər: “Dondurulmuş balıq qida toksini infeksiyası xəstəliyini yaradır, loru dildə bu, qida zəhərlənməsi adlanır. Bunu da törədən patogen mikroblardır. İnsan onu qəbul edəndə törədici mikroblar, yəni toksinlər hazır olur və adamda xəstəlik yarada bilər. Ayrı-ayrı orqanlara təsirinə gəlincə isə əgər balığın ağır metallarla təması varsa, bu,tənəffüs sisteminə ciddi təsir edə bilər. Əgər təkcə toksinlərdən söhbət gedirsə, bu halda daha çox həzm sisteminə ziyan vurur. Mədə bulanır, qusma, qastral nahiyədə ağrılar və s. bu kimi hallar olur”.

 

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv