Bakı metrolarında intiharın qarşısını almaq üçün YENİLİK

Bakı metrolarında intiharın qarşısını almaq üçün YENİLİK

Müəllif: Redaktor

Baş Redaktor

204190_465832Bu gün dünyanın bir neçə qabaqcıl ölkəsindən metrolarda baş verəcək hadisələrin qarşısını almaq üçün aralıq divarları quraşdırılmağa başlanılıb. Artıq bir neçə ildir ki, həmin ölkələrdə bu təcrübədən geniş istifadə olunur və müsbət nəticələr əldə edilməyə başlanılıb.

Belə ki, qatar stansiyada daxil olub dayandıqdan sonra qapılar divar qapıları ilə eyni vaxtda açılır, sərnişinlər qatara daxil olur və ya qatarı tərk edirlər. Bundan sonra qapılar eyni vaxtda bağlanır, qatar isə növbəti stansiyaya hərəkət edir.

Qeyd edək ki, həmin divarlar sərnişinləri qatarların sürətli hərəkəti zamanı yaranan küləkdən qoruyur, o cümlədən psixoloji problemləri olan sərnişinlərin intihar etmək cəhdinin qarşısını alır.

Son vaxtlarda Bakı Metropolitenində intihar hadisələrinin artması bu divarların quraşdırlması məsələsini gündəmə gətirib. Bir çoxları düşünür ki, əgər belə divarlar olarsa, intihar və digər xoşagəlməz hadisələrin qarşısını alacaq.

Bəs, Bakı metropolitenində necə, bu divarların qurulması mümkündürmü? Əgər mümkünsə, metrostansiyaların təmiri zamanı metropoliten rəhbərliyi niyə bu məsələnin həllini layihələşdirməyə salmır? Yaxın gələcəkdə belə divarlar tikilə bilərmi?

Bakı Metropoliteninin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Nəsimi Paşayev SalamNews-a açıqlamasında, artıq bir neçə ölkədə aralıq divarlarının olduğunu təsdiq edib: “Ancaq bunlar yalnız yeni istifadəyə verilən satansiyalarda quraşdırılır. Əvvəlki satansiyaların heç birində isə yoxdur. Bu da onunla bağlıdır ki, istinad divarlarının tikintisi əvvəlcədən layihələndirilməyə salınır. Belə ki, bu divarlar qatarla bərabər işləməlidir, yəni qatar stansiyada dayanan zaman istinad divarlarındakı qapılar qatarın qapıları ilə sinxron qaydada açılmalıdır. Bu proses tam dəqiq işləməlidir. Bakı Metropoliteninin bütün stansiyaları keçmiş SSRİ dövründə tikildiyi üçün belə yeniliklər nəzərə alınmayıb”.

N.Paşayev sonda vurğulayıb ki, gələcəkdə tikiləcək yeni stansiyaların layihələndirilməsi zamanı bu kimi məsələlər nəzərə alınacaq.

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti