Ads by Google

hightechnic
Ads by Google

скачанные файлы (3)“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “donuz qripi” ilə bağlı dezinfeksiya işlərinə başlayacaq.

Bu haqda Modern.az saytına məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, bunun üçün sanitar-epidemoloji qrupa müraciət olunub:
“Bundan əvvəl metropolitendə “quş qripi” virusu ilə bağlı dezinfeksiya işləri aparılmışdı. Hazırda “donuz qripi” ilə bağlı dezinfeksiya işlərinin aparılması üçün hazırlıqlar gedir”.

Qeyd edək ki, “Donuz qripi” təhlükəsi ilə əlaqədar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb.

Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında “donuz qripi”nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb.

“Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripi xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 35
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."