!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda 9 yeni stansiya tikilir

!Reklam – Yazi

“Bakı metropoliteni” QSC metronun “yaşıl” xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.

Yenicag.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: “Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”.

Gələcəkdə metropolitenin “yaşıl” xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında 3 stansiyanın tikilməsi və “Dərnəgül”lə “Həzi Aslanov” stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə “Dərnəgül” və “Həzi Aslanov” stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin “bənövşəyi” xəttində də tikinti işləri davam etdirilir.

www.yenicag.az

3517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv