Ads by Google

hightechnic
Ads by Google

54569Bu günorta saat 13 radələrində Bakı metrosunun Elmlər Akademiyası stansiyasında insident baş verib.

Cebhe.info-nun hadisə yerində olan əməkdaşının sözlərinə görə, insident gənc qızla oğlan arasında baş verib.

Sərnişin sıxlığı səbəbindən qatardan düşmək çətinləşib və gənc qız ona yol verməyən oğlandan kənara çəkilməyi xahiş edib.

Ancaq oğlanın əsəbi reaksiyası ilə qarşılaşıb. Bundan sonra oğlan hətta qıza hücum edərək ona şillə vurub. Qatar bələdçisi və perrondakı sərnişinlər dalaşan gəncləri ayırıb.

Qız isə onu vuran oğlandan şikayətçi olacağını bildirib.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."