!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda kuryoz hadisə: maşinisti yuxu tutdu və...

!Reklam – Yazi

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, – deyə Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.

Yenicag.az

www.yenicag.az

1054
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv