www.sinerjipro.net

SinerjiProWide
Reklam

1438599187_11822393_10207481956950087_6489744356154455131_nYenicag.az vətəninfo.az-a istinadən  xəbər verir ki, Bakı Metropoliteni İdarəsi yeni qərar qəbul edib. Qərara əsasən Bakı Metropoliteni İdarəsinin stansiyalarında əvvəllər quraşdırılmış oturacaqlar ləğv edilib. Məlumata görə, buna səbəb metro stansiyalarında son zamanlar gənc cütlüklər yaşlı insanlara yer verməmələri,oğlan və qızların ətrafdakı insanlara məhəl qoymadan öpüşmələri,eyni zamanda qatar gözləyən sərnişinlərin oturacaqlardan duran zaman əşiyalarını unutmasıdır.
Adını açıqlamaq istəməyən Bakı Metropoliten əməkdaşı müxbirimizə verdiyi məlumata görə, bu yaxınlarda Təhsil Nazirinin yaxın bir qohumu metroda oturacaqda bahalı mobil telefonunu unudaraq qatara minərək gedib. Mobil telfonu başqa biri götürərək aradan çıxsa da nazirin yaxınları “Sahil” stansiyası rəisinə telfon edərək mobil telfonun stansiyada oturacaqda qaldığın bildiriblər. Amma bütün səylərə baxmayaraq mobil telefon tapılmayıb.
Bundan sonra da yuxarıda qeyd edilən amillər və nazir qohumunun mobil telfonunun itməsindən sonra stansiyalarda oturacaqlar çıxarılmağa başlanılıb.

Məlumatın nə qədər doğru olub-olmadığını deyə bilıməsək də apardığımız müşahidə zamanı metroda oturacaqların olmadığının şahidi olduq.

Qız-oğlan öpüşdü deyə... Metropoliten qərar qəbul etdi-ÖZƏL

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 325
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."