!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı metrosunda və vağzalda polislər çoxaldı

!Reklam – Yazi

239369Dünən axşam saatlarından etibarən Bakı Metropoliteninin təhlükəsizliyinin təminatı və mühafizə tədbirləri gücləndirilib.

Metro stansiyalarında girişddə nəzarət-yoxlanış funksiyalarının yerinə yetirilməsi üçün DİN-in Çevik Polis Alayının 126 əməkdaşı işə cəlb olunub.

Onlar metrostansiyaların girişlərində “adi” polisləri əvəzləyiblər. Eyni zamanda, stansiyalara daxil olan sərnişinlərin yoxlanılması üçün polis əməkdaşlarına əlavə, ən son model metal detektorları da verilib. Bəzi stansiyalarda, xüsusilə “28 May”da platformalarda da polis nəfərlərinin sayı artırılıb.

Bakı metropolitenində polisin gücləndirilmiş iş rejiminin nə zaman başa çatacağı barədə rəsmi məlumat verilmədi. Eyni zamanda, Bakı Dəmiryol Vağzalında da təhlükəsizlik tədbirləri gücləndirilib(Qaynarinfo)

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv