Bakı metrosunun yeni stansiyası nə vaxt açılacaq?

Müəllif: Redaktor

Editor

50640“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yeni istifadəyə verdiyi “Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisini davam etdirir.

Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: “Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya “Atovağzal” və “Memar Əcəmi” stansiyalarının hərəkət etdiyi Bənövşəyi xəttin davamıdır”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır