!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərqdə yeni "Dördlər ittifaqı": Bakı neytral qalacaq?

!Reklam – Yazi

Azərbaycanın iki əsas müttəfiqi – Türkiyə ilə Pakistan Körfəz ölkələrilə münasibətləri gərgin olan Qətərə ordu göndərməyi qərara alıblar.

Görəsən, bu vəziyyətdə Bakının davranışı necə olmalıdır? Digər tərəfdən, Türkiyənin bu addımı regionda yeni konfiqurasiya yarada bilərmi?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Azərbaycan sözügedən prosesin kənarında qalacaq:

“Çünki Azərbaycanın öz ordusu ilə Qətərdə iştirakına ümumiyyətlə, ehtiyac yoxdur. Ona görə ki, Azərbaycan daşındırıcı bir güc deyil. Bu səbəbdən Bakının da Türkiyə və Pakistanın ardınca Qətərdəki prosesə müdaxilə edəcəyini düşünmürəm. Azərbaycanın körfəz ölkələri, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyilə çox isti münasibətləri var. O baxımdan da Bakı sözügedən məsələdə neytral mövqe tutacaq. Ancaq Türkiyə və Pakistan dünyada çəkindirici güc olduqlarından müsəlman aləmində yeni bir müharibənin qarşısını almaq məqsədilə ordularını təbii ki, Qətərə göndərəcəklər. Bu da xoş niyyətlə olan bir məsələdir. Türkiyə və Pakistan onu da anlayır ki, yaşanan vəziyyət təkcə Əl-Riyad və digər körfəz ölkələrinin ortaya atdığı bir oyun deyil. Söhbət burada qlobal oyundan gedir və bu oyunun içində olmaqla geosiyasi qazanc əldə etmək mümkün deyil. Həmin səbəbdən də bu savaşın qarşısını almaq lazımdır. Ankara onu da anlayır ki, burada Qətər sadəcə, şirmadır. Əslində, hədəf İrandır. Qətər üzərindən fikrimcə, gələcəkdə İranı da prosesə cəlb etmək planı var. Bu baxımdan düşünürəm ki, Ankara və İslamabad ordularını Qətərə göndərmək nöqteyi-nəzərindən ortaq bir razılaşma əldə ediblər. Ayrıca onu da nəzərə alın ki, Türkiyə regionda NATO üzvü olan böyük bir hərbi gücdürsə, Pakistan da nüvə ölkəsidir. Belədə həmin hərbi güclərin Qətərdə olması digər güc mərkəzləri üçün çəkindirici xarakterə malikdir. Ona görə də fikrimcə, həmin iki gücün Qətərdə olması körfəz ölkələrini də müəyyən mənada ehtiyatlı olmağa vadar edəcək.

İnanmıram ki, onlar Türkiyənin üzərinə gəlməyə cəsarət edə bilsinlər. Doğrudur, regionda yeni bir münaqişə ocağının alovlanmasında maraqlı olan qlobal güclər var. Ancaq hər bir halda bu qənaətdəyəm ki, Türkiyə və Pakistan, eyni zamanda, İranla Rusiya prosesin qarşısını ala biləcəklər. Belədə həmin 4 ölkənin timsalında qlobal oyunçuların qarşısında güclü bir koalisiya yarana bilər”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv