!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib

!Reklam – Yazi

Bakı-Qazax magistral yolunda zəncirvari avtoqəza baş verib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə magistral yolun 392-ci kilometrliyində, Şəmkir rayonunun Seyfəli kəndinin ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Şəmkir şəhər sakini, 1963-cü il təvəllüdlü Abbasəli Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq qarşı tərəfdən gələn 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Qalib Hüseynovun idarə etdiyi “VAZ-21014” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “VAZ-21014” markalı avtomobil hərəkətdə olan başqa bir “VAZ-2106” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində “VAZ-21014″ün sürücüsü və A.Əhmədov yüngül xəsarət alıb, digər avtomobildə isə xəsarət alan olmayıb.

Qəzaya A.Əhmədovun avtomobilini sərxoş halda idarə etməsinin səbəb olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv