Yazı İçi 468×60

werwrweAxşam saatlarında Bakı-Quba yolunun 49-cu km-nin Sumqayıt ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Zəncirvari qəza nəticəsində üç avtomobil toqquşub.

Toqquşan avtomobillər “Hunday” markalı avtobus,“KAMAZ” yük maşını və “Niva” dır. Hadisə yerində olan Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev açıqlamasında hazırda araşdırma aparıldığını qeyd edib. Qəza nəticəsində hər üç avtomobil ciddi zərər çəkib.

İlkin məlumata görə, fəhlələri aparan “Hunday” markalı avtobus qəza nəticəsində aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxs yerli xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. “Qəza nəticəsində ölüm-itim yoxdur. Faktla bağlı araşdırma aparılır.Aparılan araşdırmalardan sonra kimin günahkar olduğu aydın olacaq”, – deyə müstəntiq Arzu Əliyev bildirib.(Ans)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."