Bakı-Quba yolunda “PRADO” ağaca çırpıldı – yanğın oldu

Müəllif: Redaktor

Editor

qeza_esas_88Şabran rayonu ərazisində ağır yol qəzası baş verdi.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “PRADO” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyəti üzrə təhvil verilib.. Əməliyyat saat 16:13-də başa çatıb.

 


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır