yenicag.az

“Bakı Rüzgarı” kitabının təqdimatı keçiriləcək

“Bakı Rüzgarı” kitabının təqdimatı keçiriləcək

Müəllif: Redaktor

Editor

20 iyun 2017-ci il tarixində saat 12:00-da Bakı Yunus Emre İnstitutunda Cümhuriyyət dönəmində xaricə göndərilən 100 tələbədən biri olan Mir İsmayıl Saryalın “Bakı Rüzgarı” kitabının təqdimatı keçiriləcəkdir.

Yenicag.az xəbər verir ki, Mir İsmayıl Seyidzadə 1918-ci ildə Azərbaycan hökumətinin Avropaya təhsil almağa göndərdiyi yüz gəncdən biri idi. “Bakı rüzgarı” onun bir ömür parçasının – uşaqlığından gənclik dövrünə kimi keçdiyi ömür yolunun kitabıdır. Kitabı oxuduqca, o dövrün qaynar, dramatik tarixi hadisələrinə bürünən xatirələr göz önünə sərilir.

Bilmədiyimiz bir çox tarixi hadisədən, xüsusilə 1910-1930-cu illər arasında Azərbaycandakı istiqlal mübarizəsindən, 1917-ci il kommunist inqilabının xalqları necə bir-birinə qatdığından, necə qanlı terror yuvası yaratdığından bəhs edən bu dəyərli əsər Azərbaycanda ilk dəfə nəşr olunur.

Yenicag.az

Xəbərlər, 3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti