!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı sakinləri arasında ölümün əsas səbəbləri

!Reklam – Yazi

olumBakı şəhərində əhalinin əsas ölüm səbəbləri açıqlanıb. Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, Azərbaycan paytaxtında əhalinin əsas ölüm səbəbi qan dövranı sistemi xəstəlikləridir. Belə ki, hər il bu xəstəlikdən Bakıda 7500-dən çox adam ölür. Məsələn 2015-ci ildə paytaxtda 7614 sakin qan dövranı sistemi xəstəliklərindən dünyasını dəyişib.

Paytaxt sakinləri arasında ölüm səbəbləri sırasında ikinci yerdə yeni törəmələr (xərçəng törədiciləri, bədxassəli şişlər) gəlir. Hər il Bakıda 2000-ə yaxın insan yeni törəmələr səbəbindən vəfat edir.

Həzm sisteminin xəstəliklərindən hər il təxminən 500 nəfər, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələrindən 600 nəfər, endokrin sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarından 200 nəfər, perinatal dövrdə meydana çıxan xüsusi hallardan 350-360 nəfər ölür.
Ölümün digər səbələri başqa hadisələrdən meydana gəlir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il Bakıda ümumilikdə 12485 nəfər dünyasını dəyişib.

Yenicag.az

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv