f-1-az_2016-11-19_15-42-21Hazırda bir çox avtoyürüş komandaları populyar olan fləşmob çərçivəsində “zamanı dondurmağa” çalışırlar.

F-1.az xatırladır ki, bütün dünya ictimaiyyəti yeni fləşmoba qoşulub – virtual məkan Harlem Shake və İce Bucket Challenge fləşmoblarından sonra yeni virusa yoluxub: Mannequin Challenge. Fləşmobun tarixi Florida ştatının Ceksonvill məktəbinin şagirdlərinin videosu ilə başlayıb – şagirdlər bir müddət donaraq hərəkətsiz qaldıqlarını kameraya köçürdükdən sonra internetdə yaymışdılar.

Fləşmobun məqsədi “zamanın dondurulması” effektini göstərməkdir – bir qrup insan hərəkətsizliyini saxlamalıdır, bu zaman çəkiliş aparan şəxs onların arası ilə hərəkət etməlidir. Mannequin Challenge-ə onlarla idman və şou-biznes ulduzları da qoşulub. Artıq növbə avtoidmana da yetişib.

Birinci olaraq Formula E seriyasında yarışan Virgin Racing komandası rəsmi YouTube kanalında yarışın ortasında maşının dəyişməsi prosesində “zamanı dondurmuşdu”:

 

Bundan sonra Dünya Dözümülülük Çempionatının (WEC) Signatech Alpine komandası yarışın gedişində pit-stop və sürücünün dəyişməsi anını “dondurub”…

Onların bu günlərdə Bəhreyndə yarışan ByKolles komandasından olan həmkarları da öz videolarını yayıblar:

Phoenix Raceway trasının əməkdaşları NASCAR Trucks komandasının sürücüsü Daniel Suaresin qələbəsini bayram etməsini “dondurublar”.

Dünya Ralli Çempionatının (WRC) M-Sport komandası da fləşmoba qoşulub:

İkitəkərlilərin dördtəkərlilələrə cavabı özünü gözlətməyib…

https://youtu.be/pSB3CNASwrY

Britaniya mətbuatında WEC Aston Martin komandasının videosu reytinqlərə başçılıq edir:

Amma bizim fikrimizcə, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin əməkdaşlarının ofisdə “zamanı dondurmaları” daha maraqlı alınıb…

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."