Bu gün Bakı Slavyan Universitetində Bilik Gününə həsr olunmuş tədbir keçirildi. Yay tətili günlərində əsaslı təmir olunan Universitet yeni simasında tələbələri qəbul etdi.

Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə başlayan mərasimdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik etdi, onlara dərslərində uğurlar dilədi.Rektor bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Universitet artıq ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verilib.
Bakı Slavyan Universitetinin rektoru bildirdi ki, 15 ilə yaxındır ki, dövlət proqramı ilə hər il yüzlərlə Azərbaycan gəncləri istər bakalavr səviyyəsində, istərsə praktik bacarıqlar səviyyəsində dünyada tanınan təhsil ocaqlarına göndərilir. Ümummilli lider Heydər Əliyevin də təhsilimizə diqqət və qayğısı daim yüksək səviyyədə olub. Hələ sovet illərində Ümummilli lider Heydər Əliyev üzlərlə Azərbaycan gəncini xarici ölkələrə, müasir və o vaxt üçün inkişaf etmiş təhsil müəssisələrinə göndərib. Həmin tələbələrin bir çoxu məzun olaraq Azərbaycana qayıdıb və uzun illərdir ki, ölkəmizdə çalışırlar”.

Milli Məclis Sədrinin müavini, millət vəkili Bahar Muradova çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin verdiyi sərəncam əsasında 15 sentyabr təhsil günü, Bilik günü kimi qeyd olunur. Təhsilin irəliləməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə son 10 il ərzində respublikamızda 3000-dən yuxarı təhsil ocağı tikilib, təmir olunub.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxış edərək Universitetin müəllim və tələbələrini yeni tədris ili münasibətilə təbrik etdi, onlara dərslərində uğurlar dilədi. Bildirdi ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının artırılması, hər il təhsil işçilərinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür.

Universitetin professor-müəllim heyəti, tələbələr və valideynlərin iştirak etdiyi tədbirin sonunda 2016-cı ildə bu ali təhsil ocağına qəbul olunan və qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələrə – tələbə biletləri və hədiyyələr təqdim olundu.

Daha sonra qonaqlar Universitetdə yeni yaradılan Heydər Əliyev Tədris Mərkəzi və Universitetin tarix muzeyi və auditoriyalarla tanış oldular.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."