!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı- Sumqayıt qatarı yolda qaldı – Səbəb açıqlandı (Yenilənib)

!Reklam – Yazi

sumqayatit-qataro“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Sumqayıt sürət qatarının hərəkətində yaranan problemə aydınlıq gətirib.

QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, təmas xəttində gərginliyin olmaması ilə əlaqədar Bakı-Balakən qatarnın Bakı sərnişin stansiyasına qəbul olunmasında problem yaranıb. Bu səbəbdən Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

Qurum rəsmisinin sözlərinə görə, artıq problem aradan qaldırılıb: “Bakı-Balakən qatarı 30 dəqiqə gecikmə ilə stansiyaya qəbul olunub və artıq qatar yola salınıb. Hazırda Sumqayıtdan Bakıya gələn bütün qatarlar qəbul olunur”.

***

Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

Sərnişinlərin AzVision.az-a verdiyi məlumata görə, buna səbəb kimi daha öncə yola düşən qatarın enerjisinin kəsilməsi göstərilir.

Qatar 30 dəqiqədən çoxdur ki, yolda qalıb: “Qatar “Trump Tower” otelinin yaxınlığından keçən hissədə hərəkətsiz vəziyyətdə qalıb. Bizə verilən məlumata görə, əvvəlki qatarın enerjisinin kəsilməsi qatarların hərəkət qrafikini pozub və belə vəziyyət yaranıb. Ən pisi isə odur ki, qatarın istilik sistemi işləmir”.

 

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv