!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt qatarı yolda qaldı

!Reklam – Yazi

bak-sum2“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov hadisə ilə bağlı “Report”a bildirib ki, Sumqayıtdan Bakıya hərəkət edən qatar Ceyranbatan qəsəbəsinə yaxın ərazidə hərəkətini dayandırmalı olub.

“Güclü külək nəticəsində elektrik dirəyi aşaraq relslərin üzərinə düşüb. Bizim bərpa qatarımız və texniki işçilərimiz artıq hadisə yerinə yollanıblar. Bakıya doğru hərəkət edən qatar Sumqayıt Sərnişin Stansiyasına geri qayıtmalı olub. Stansiyada 150 sərnişin var və onlara əldə etdikəri biletin dəyəri geri qaytarılır”, – deyə N.Əzməmmədov əlavə edib.

***

Bu gün saat 10:00-da Sumqayıt – Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarında problem yaranıb.

“Report”un hadisə yerinə olan müxbirinin məlumatına görə, qatarın hərəkəti Ceyranbatan qəsəbəsi yaxınlığında dayanıb.

Qatarın maşinisti sərnişin elektrin qatarının texniki səbəbdən yolda qaldığını, daha doğrusu, güclü külək nəticəsində gərginliyin olmadığını deyib.

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv