Bakı-Sumqayıt qatarında biabırçılıq

Müəllif: Redaktor

Editor

baki-sumqayit_QatariYenicə fəaliyyətə başlayan Bakı-Sumqayıt qatarının xeyli problemləri üzə çıxıb. Bununla bağlı narazılıqlara sosial şəbəkələrdə tez-tez rast gəlinir.

Məsələnin aktuallığını nəzərə alaraq Qatar istifadəçilərinin birinin başına gələn maraqlı əhvalatı təqdim edirik:

“Bu gün (19.09.2015) saat 17.30-da Dəmir Yolu Vağızalına gəldim ki, ilk dəfə 40 dəqiqəyə Sumqayıta getməli olan yeni sürət qatarına (məncə adı tısbağa qatarı olmalı idi) minim. Vağzala çatanda məlum oldu ki, 18.25 getməli olan qatarı təxirə salıblar və ancaq 19.25 də olana minə bilərəm. Artıq gəldiyim üçün geri qayıtmadım, avtomatdan biletimi aldım (bu arada onu deyim ki, biletlər yer ilə deyil). Yəni qatara minmək bir vaxtlar 20 yanvarda Sumqayıt mikroavtobuslarına minməyə oxşayır. Hamı bir-birini itələyir yer tutmaq üçün. Hətta ayaq üstə gedənlər və pilləkənlərdə oturanlar var idi. Və başladım gözləməyə. Saat yetişdi və qatar tam 19.25-də hərəkət etdi. Amma yolda bizim təcrübəli maşinistimiz relsləri səhv saldı və gedib çıxdıq Siyəzənə. Siyəzəndə maşinist düşüb ətrafdakı evlərdən gəldiyi yerin hara olduğunu öyrəndikdən sonra başladıq geri getməyə. Beləliklə 40 dəqiqəyə gəlməli olan qatar tam 2 saata gəldi. Bələdçiləri qatarda sadəcə ortada gəzmələri üçün qoyublar. Heç bir şeydən xəbərləri yoxdur. Bakıda “probkaları” aradan qaldırmaq istəyən hökumət rəsmilərinə səslənirəm: əgər niyyətiniz budursa, gediş haqqını niyə 40 yox, 80 qəpik etmisiniz? Bundan başqa Bakıda 10 adama 4 maşın düşür, amma Tokioda 10 adama 9 maşın düşür. Amma orda tıxaclar olmur. Demək ki, tıxacın avtomobil sayı ilə əlaqəsi yoxdur. Bunun üçün yol infrostrukturunu və pulla sürücülük vəsiqəsi alan sürücülərimizin başlarını düzəltmək lazımdır.

Bu arada bu son minişim idi bu Bakı-Siyəzən, çaşdım Bakı-Sumqayıt qatarına…”(aznews).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir