yenicag.az
yenicag.az

Bakı-Sumqayıt qatarında nasazlıq yarandı – Bir nəfərin halı pisləşdi

Bakı-Sumqayıt qatarında nasazlıq yarandı – Bir nəfərin halı pisləşdi

Müəllif: Redaktor

Editor

yeni_qatar_2_mertebeli_0884Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarında nasazlıq yaranıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qatar hərəkətə başladıqdan 5 dəqiqə sonra elektrik verilişi kəsilib. Nəticədə qatar 10 dəqiqə yolda qalıb. Havasızlıq səbəbindən ortayaşlı qadının halı pisləşib. Hazırda ona ilkin tibbi yardım göstərilir.

Qatar 10-12 dəqiqəyədək çəkən nasazlığın aradan qaldırılmasından sonra yola düşüb.

 

 

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti