www.sinerjipro.net

SinerjiProWide
Reklam

c1c05dc1af10174334a13d7841225f6cQərar sərnişin sıxlığı nəzərə alınaraq verilib

Sentyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.

“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq, sabahdan etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bir marşrut əlavə edilir.

Əlavə olunan elektrik qatarı saat 07:50-də Bakı sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.

Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."