Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi (CƏDVƏL)

Müəllif: Redaktor

Editor

trend_railway_sumgayit_120915__(19)Bakı-Sumqayıt elektrik qatarları üçün tariflər müəyyənləşdirilib.

Azərbaycan Tarif (qiymət) Şurasından Trend-ə verilən məlumata görə, Şuranın bu gün keçirilmiş iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.

Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib. Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının qərarı ilə Şuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək. Elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşutu üzrə hərəkət edəcək.

Qatarlar Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 16:00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından isə 06:40, 07:10, 07:55, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşəcək.

Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turnitketlər quraşdırılıb. Elektrik qatarlarına biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.

Bakı-Sumqayıt marhrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü “Stadler Rail Group» şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarıdır.

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri

İstiqamətlərin adıTariflər

(ƏDV ilə, manatla)

1.Bakı-Sumqayıt-Bakı qatarı
1.1.Bakı – Sumqayıt0,80
1.2.Bakı – Biləcəri0,20
1.3.Bakı – Xırdalan0,30
1.4.Bakı – Keşlə0,20
1.5.Bakı – Koroğlu0,20
1.6.Bakı – Bakıxanov0,30
1.7.Bakı – Sabunçu0,30
1.8.Bakı – Zabrat0,40
1.9.Bakı – Pirşağı0,50
1.10.Biləcəri – Xırdalan0,20
1.11.Biləcəri – Sumqayıt0,60
1.12.Xırdalan – Sumqayıt0,40
1.13.Keşlə – Koroğlu0,20
1.14.Keşlə – Bakıxanov0,30
1.15.Keşlə – Sabunçu0,30
1.16.Keşlə – Zabrat0,40
1.17.Keşlə – Pirşağı0,50
1.18.Keşlə – Sumqayıt0,70
1.19.Koroğlu – Bakıxanov0,20
1.20.Koroğlu – Sabunçu0,30
1.21.Koroğlu – Zabrat0,30
1.22.Koroğlu – Pirşağı0,50
1.23.Koroğlu – Sumqayıt0,60
1.24.Bakıxanov – Sabunçu0,20
1.25.Bakıxanov – Zabrat0,20
1.26.Bakıxanov – Pirşağı0,40
1.27.Bakıxanov – Sumqayıt0,60
1.28.Sabunçu – Zabrat0,20
1.29.Sabunçu – Pirşağı0,40
1.30.Sabunçu – Sumqayıt0,50
1.31.Zabrat – Pirşağı0,30
1.32.Zabrat – Sumqayıt0,50
1.33.Pirşağı – Sumqayıt0,40

Təsdiq edilmiş tariflər əks istiqamətlər üzrə də eynilik təşkil edir.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir