!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Supsa ilə bağlı təhlükə – Rusiya kəməri nəzarətə götürdü?

!Reklam – Yazi

Gürcüstanın Kaspi rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyən Rusiya hərbi qüvvələri Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumatı təsdiqləyib.

Görəsən, Moskvanın atdığı bu addım sözügedən kəmərin fəaliyyətinə təsir edə bilərmi?

Məsələ ilə bağlı OilGas.az-a açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev bildirdi ki, rus ordusunun Gürcüstan ərazisində irəliləməsi Bakı-Supsa üçün hər hansı bir təhdid yarada bilməz və yaratmır:

“Bakı-Supsa ixrac neft kəməri beynəlxalq şirkətlərin nəzarəti altındadır. Rusiya kəmərin Gürcüstan ərazisindən keçən hissəsində irəliləsə də, kəmərin fəaliyyətinə heç cür təsir edə bilməz. Çünki belə bir vəziyyətin yaranması fonunda Rusiyanın onsuz da gərgin olan geosiyasi vəziyyəti bir qədər də gərginləşə bilər. Ona görə də, adıçəkilən kəmərin fəaliyyəti bundan sonra da davam edəcək. Mətbuatda qeyd olunur ki, Rusiya hərbi qüvvələri kəmərin yerləşdiyi ərazini ələ keçirib. Amma bu, belə deyil. Sadəcə olaraq, rus qüvvələri kəmərin keçdiyi coğrafi bölgəyə yaxınlaşıb. Kəmər isə indinin özündə də normal fəaliyyət göstərməkdə davam edir. Moskvanın Bakı-Supsa ixrac kəmərini nəzarət altına alması haqqında deyilənlər həqiqəti əks etdirmir.

Hətta 2008-ci ilin avqustunda Gürcüstan-Rusiya hərbi qarşıdurması zamanı da ermənipərəst mövqedə dayanan KİV-lər belə bir informasiya yaydılar ki, Gürcüstanın ilhaqından sonra Azərbaycanın ixrac gücü təhdid altına düşəcək. Lakin gördüyümüz kimi bu, baş vermədi. Məsələ ondadır ki, beynəlxalq qaydalar var. Həmin kəmər də Azərbaycan Dövlət Neft Şirkətinin aktivində deyil. Həmin kəmərdən Xəzər regionundakı karbohidrogen ehtiyatlarının çıxarılmasında iştirak edən xarici şirkətlər də istifadə edir. Ona görə də, Bakı-Supsa kəmərinin hər hansı bir təhlükə altına düşməsi real deyil”.

Yenicag.az

www.yenicag.az

1869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv