www.sinerjipro.net

SinerjiProWide
Reklam

Şənbə günündən etibarən Bakı-Tbilisi-Bakı qatarında biletlərin qiyməti aşağı salınıb, “Azərbaycan Dəmir Yolları”nın (ADY) mətbuat xidməti bildirir.

İndiyədək Bakıdan Tbilisiyə kimi kupe vaqonda gediş haqqı yataq dəstinin istifadəsi və yığım daxil olmaqla 44,50 manat idi.

Yeni tariflə bu qiymət 35,32 manat təşkil edir.

Plaskart və SV vaqonlarında isə gediş haqqı 24,54 və 58,43 manat olub.

“Qiymətlərin aşağı düşməsinə səbəb nə bazardakı tələbat, nə də ki, rəqabətlə bağlı amillərdir”, – ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri BBC Azərbaycancaya bildirib.

Sevinc Qədirovanın sözlərinə görə gediş haqqı tarifləri İsveçrə frankının məzənnəsinin manata nisbətdə dəyişməsi nəticəsində aşağı salınıb.

“Bu tariflər İsveçrə frankının məzənnəsinə bağlıdır. Onun dəyəri qalxıb-düşəndə gediş haqqı da dəyişir”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."