!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Tbilisi-Ceyhan xərcləri azaltdı - Azərbaycan 430 milyon qazandı

!Reklam – Yazi

“BTC Co.” şirkəti 2016-cı il ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə 176 mln. dollar xərcləyib. Əməliyyat xərclərinə təqribən 118 mln. dollar, əsaslı xərclərə isə 58 mln. dollar sərf olunub. Belədə görürük ki, BTC üzrə əməliyyat xərcləri 2015-ci illə müqayisədə 24% azalıb. Bunun nə kimi müsbət nəticələri ola bilər?

Neft-qaz məsələləri üzrə mütəxəssis İlham Şaban OilGas.az-a açıqlamasında bildirdi ki, BTC-nin əməliyyat xərclərini azaltması Azərbaycanın gəlirlərinin artması baxımından müsbət addımdır:

“BTC-nin bütün icra olunan layihələrinə baxsaq görərik ki, kapital xərcləri azalıb. Kapital xərclərinin azaldılması görünür bir strategiyadır. Çünki 2016-cı ildə daha böyük kapital xərcləri sərf edilmişdi. Bu zaman əsas məqsəd də neft hasilatının stabilliyini saxlamaq, daha çox quyu qazmaq, daha çox texniki işlər görməkdən ibarət olub. Nəticə etibarı ilə də buna nail olundu. 2015-ci ildə sutkalıq 634 min barel çıxarılırdısa, növbəti ildə də həmin rəqəmi saxlamaq mümkün oldu. İndi isə görürük ki, cari ilin birinci rübündə hasilat kifayət qədər azalıb. Nəticədə, kapital xərcləri də azaldı. Ancaq bununla belə əməliyyat şirkətinin gəlirləri artıb. Bu da ondan irəli gəlir ki, birinci rübdə neftin ümumi qiyməti 2016-cı ilin anoloji dövrü ilə müqayisədə təxminən 55 faiz çox olub. Belə olan halda əməliyyat xərclərini artırmağın mənası da yoxdur. Bütün xərcləri azaltmaqla və neftin artan qiyməti hesabına şirkət öz gəlirlərinin artımına nail olub. Şirkətin öz gəlirlərini artırması səhmdarlarının da gəlirlərinin artması deməkdir. Həmçinin, Azərbaycan dövlətinin əldə etdiyi qazanc çoxalır. Məsələn, I rüb ərzində Azərbaycanın əldə etdiyi sırf mənfəət 2016-cı ilin eyni dövrü ilə müqayisədə təxminən 430 milyon dollar çox olub”.

Yeniçağ.az

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv