Bakı-Tbilisi-Qars layihəsi bahalaşa bilər

Müəllif: Redaktor

Editor

tibil“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra olunduğu ərazilərin relyefi çox çətindir”.

Bu barədə Tiflisdə keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonrakı mətbuat konfransında nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi olduqca mürəkkəb prosesdir. Nəqliyyat nazirinin sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi 2017-ci ilin əvvəlində tam istismara veriləcək: “Qeyd edilən dövrdən etibarən qatarların hərəkəti, yükdaşımalar və sərnişin daşımaları təmin olunacaq. Bir sözlə, Avropa və Asiya arasında yeni bir pəncərə açılır”.

Z. Məmmədov bildirib ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinin ümumi dəyəri 775 mln. dollar təşkil edir.

“Mütəxəssislərin araşdırmalarına görə, görülən işlərin maya dəyəri artacaq. Qlobal iqtisadiyyatda baş verən proseslər səbəbindən layihənin reallaşmasında istifadə olunan materiallar bahalaşır. İstənilən şəkildə qiymət artımı araşdırılacaq və nəticələr hökumətə təqdim olunacaq”, – deyə Z. Məmmədov bildirib.(APA)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir