!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı yaxınlığında iki avtobus toqquşdu: ölən var

!Reklam – Yazi

142499_res_01 (1)Bakı-Sumqayıt yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Lent.az bildirir ki, magistralın 21-ci kilometrliyində avtobus dayanacağının yaxınlığında “Ford” və “Mitsubishi” markalı iki avtobus toqquşub. Nəticədə avtobusların arasında qalan 49 yaşlı qadın aldığı xəsarətdən vəfat edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumatda deyilir ki, mayın 17-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsində Sumqayıt şəhər sakinləri Tofiq Haqverdiyevin idarə etdiyi “Ford” və Zabil Əsədzadənin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub, Z.Əsədzadə idarəetməni itirdiyindən yolun kənarında dayanmış qəsəbə sakini Minə Əmiraslanovanı vurub. M.Əmiraslanova hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv